"Barselona" Asiya Futbol Konfederasiyası turnirlərində?
02.05.2023 - 15:27
"Barselona" Asiya Futbol Konfederasiyası turnirlərində?

"Barselona" Asiya Futbol Konfederasiyasının turnirlərində iştirak edə bilər. 

Apasport.az saytı xəbər verir ki, bu, UEFA-nın Kataloniya təmsilçisinə sanksiya tətbiq edəcəyi halda baş verəcək. 

Digər variantlar isə milli komandalarla yoldaşlıq matçları və ya yaxşı maliyyə qarşılığında turnirlərdə qonaq qismində iştirak etməkdir. 

Qeyd edək ki, "Barselona"nın İspaniya Kral Futbol Federasiyasının Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya məxsus "DASNIL 95" şirkətinə 1,4 milyon avro ödədiyi deyilir. Əgər iddialar təsdiqini taparsa, klubu ciddi cəzalar və avrokubok təhlükəsi gözləyir.

writer photo
Əlirza Əlirzalı
0