De Xea seçim qarşısında: İnter Mayami və Messinin yanı
19.11.2023 - 16:06
De Xea seçim qarşısında: İnter Mayami və Messinin yanı

"İnter Mayami" qapı xəttini gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, ABŞ klubu gözünü azad agent olan ispan qapıçı David De Xeaya dikib. 

Amerika klubunun ortağı Devid Bekhem 33 yaşlı futbolçuyla görüşərək istədiyi məbləği ödəyə biləcəyini deyib. Səudiyyə Ərəbistan klublarından da yüksək maaş qarşılığında təkliflər alan qolkiper Bekhemdən düşünmək üçün vaxt istəyib. Keçidin qarşıdakı bir neçə həftə ərzində dəqiqləşəcəyi deyilir.

Qeyd edək ki, 12 il (2011-2023) "Mançester Yunayted"də çıxış etmiş çərçivə qoruyucusu yayda Premyer Liqa klubunu tərk edib.

writer photo
Əlirza Əlirzalı
0