PSJ-nin hücumçusu Lionel Messi sosial şəbəkədəki reaksiyası ilə “Barselona” azarkeşlərini qəzəbləndirib.
Apasport.az saytının məlumatına görə, argentinalı superulduz “İnter”dəki həmyerlisi Lautaro Martinesin Çempionlar Liqasının qrup mərhələsində “Barselona” ilə oyuna (3:3) həsr etdiyi yazısını bəyənib.
“Nerazzurra”nın forvardı paylaşdığı fotoya “Ürək, şəxsiyyət, təvazökarlıq”, deyə yazıb. Kataloniyalıların fanatları isə hesab edir ki, Messi həmin postu bəyənməklə keçmiş klubuna hörmətsizlik edib. Xüsusən də, onun “Barsa”ya qayıda biləcəyi ilə bağlı xəbərlər yayıldığı bir vaxtda bu, azarkeşlərin narazılığına səbəb olub.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi 2004-2021-ci illərdə bu klubun əsas komandasında çıxış edib.