“Barselona” cərimələndi - SƏBƏB
20.09.2023 - 11:18
“Barselona” cərimələndi - SƏBƏB

Barselonanın Şəhər Şurası eyniadlı komandasını cərimələyib.

Apasport.az saytı xəbər verir ki, komanda iki dəfə "Nou Kamp" stadionunun tikinti qrafikində qaydaları pozduğundan 600 avro cərimə ödəyəcək. 

Bildirilib ki, işin gedişində icazəsiz 2 fəaliyyət aşkar olunub. Məhz bu səbəbdən də “Barselona” hər yanlışlığa görə 300 avro ziyana düşüb. 

Qeyd edək ki, 1957-ci ildə istifadəyə verilən "Nou Kamp" arenası 99354 tamaşaçı tutumuna malikdir. Hazırda komanda ev oyunlarını “Estadio Olimpiko”da keçirir.

writer photo
Əlirza Əlirzalı
0