"Barselona" Gündoğanla bağlı bu qərarı verdi
20.08.2024 - 19:31
"Barselona" Gündoğanla bağlı bu qərarı verdi

"Barselona" İlkay Gündoğanla bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, katalonlar alman futbolçunun komandanı heç bir tranfer məbləği olmadan tərk etməsinə icazə verib.

Hazırda Gündoğanın agenti ilə "Mançester Siti" arasında danışıqlar gedir. Onun qayıdışına "şəhərlilərin" baş məşqçisi Pep Qvardiola da razıdır.

Qeyd edək ki, türk əsilli futbolçu İspaniyaya məhz "Mançester Siti"dən gəlmişdi. 

writer photo
Əlirza Əlirzalı
0