“Çelsi”dən “Everton”a
30.08.2022 - 23:20
“Çelsi”dən “Everton”a

“Çelsi”nin futbolçusu Mişi Batşuayi klubunu dəyişməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, belçikalı hücumçu transfer pəncərəsinin sonunadək Premyer Liqanın digər klubuna keçə bilər.

28 yaşlı futbolçu “Everton”un maraq dairəsindədir. 2016-cı ildə 39 milyon avroya transfer olunan Mişi London klubunda cəmi 77 matç keçirib. Onun aktivində 25 qol var.
Qeyd edək ki, müqaviləsi 2023-cü ilin yayında başa çatacaq forvard 4 dəfə icarəyə verilib.
 

writer photo
Əlirza Əlirzalı
0