"Nyukasl"dan rekord: 8 futbolçudan 8 qol
25.09.2023 - 13:15
"Nyukasl"dan rekord: 8 futbolçudan 8 qol

"Nyukasl" İngiltərə Premyer Liqasında rekorda imza atıb. 

Apasport.az saytı xəbər verir ki, “sağsağanlar” səfərdə “Şeffild Yunayted”i 0-8 hesabı ilə məğlub edib.

Matçda qonaqların qollarının hamısını fərqli futbolçular vurub. Bu da Premyer Liqa tarixində bir rekord deməkdir. 

Qeyd edək ki, sözügedən oyun ev sahibi “Şeffild Yunayted”in tarixinə isə ən ağır məğlubiyyət kimi yazılıb.

writer photo
Əlirza Əlirzalı
0