UEFA-nın cari mövsümdən təşkil etdiyi Konfrans Liqasında kubokun ilk sahibi bu gün Tiranada müəyyənləşəcək.
Apasport.az saytının məlumatına görə, bir çox mütəxəssis “Roma” ilə “Feyenoord” arasında baş tutacaq final matçına öz proqnozunu verir.
Tanınmış türkiyəli ekspert Emre Can Demirci də görüş öncəsi fikirlərini bölüşüb. İtaliya futbolu üzrə mütəxəssis bol qollu duel gözləyir:
Ötən həftəsonu A seriyasının son turunda “Torino”nu 3:0 hesabı ilə məğlub edən “Roma” Avropa Liqasına vəsiqə qazandı. Komanda bugünkü oyuna yalnız titul qazanmaq istəyi ilə çıxacaq. İtalyanlar bu turnirdəki 12 oyununda 27 qola imza atıbsa, “Feyenoord”un aktivində 28 top var.
Joze Mourinyo amili səbəbindən əksəriyyət üstünlüyü “Roma”ya verir. Ancaq Arne Slotun kollektivi də hücum futbolu və nəticələri ilə ön plana çıxan komandadır. Üstəlik, “canavarlar”ın mövsüm ərzində oyunların gedişində yaşadığı enişlər komandaya çox baha başa gəlib. Bu mənada nəzarətin tez-tez bir klubdan digərinə keçəcəyini və hər iki tərəfin önəmli qol fürsətləri yaxalayacağını düşünürəm.
Proqnozum: ÜST