Robert Levandovski bu yaxınlarda növbəti mövsümdə "Barselona"da qalmaq istədiyini bildirsə də, Kataloniya klubu yüksək məvacibi nəzərə alaraq, polşalının mümkün gedişi üzərində işləyir.
Apasport.az xəbər verir ki, bu barədə “TodoFichajes” məlumat yayıb. Levandovski gedərsə, "Barselona" üçün yeni mərkəz hücumçusu alması vacib olacaq.
Mənbənin sözlərinə görə, "Jirona"da çıxış edən, Ukrayna millisinin futbolçusu Artem Dovbik katalonların radarındadır. Ukraynalı artıq La Liqa ilə tanışdır və üstəlik, onu nisbətən kiçik məbləğə - 28 milyon avroya almaq olar.
Qeyd olunur ki, 26 yaşlı Artem Dovbik indi Cud Bellinqem və Ante Budimir ilə La Liqada qol yarışında birinci yeri bölüşür - hərəyə 16 qol.