“Barselona” “Mançester Yunayted”in oyunçusundan əl çəkmir
23.10.2022 - 00:47
“Barselona” “Mançester Yunayted”in oyunçusundan əl çəkmir

“Barselona” “Mançester Yunayted”in müdafiəçisi Dioqo Dalotdan əl çəkmir.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu 23 yaşlı sağ cinah oyunçusunu izləməkdə davam edir.

Kataloniyalılar Portuqaliya millisinin üzvünü transfer etmək üçün ikiqat çalışmalara başlayıb. Bir neçə cəhdi uğursuz alınan “Barsa” yaxın müddətdə növbəti dəfə qarşı tərəfin qapısını döyəcək.

Qeyd edək ki, Dioqo Dalotun “Mançester Yunayted”lə müqaviləsi mövsümün sonuna qədərdir.

writer photo
Əlirza Əlirzalı
0