“Barselona” Messi ilə 2 illik müqavilə imzalayır?
19.04.2023 - 16:50
“Barselona” Messi ilə 2 illik müqavilə imzalayır?

“Barselona” Lionel Messi ilə müqavilə imzalamağa hazırlaşır.

Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, Argentina millisinin kapitanı ilə razılaşmanın müddəti iki illik nəzərdə tutulub.

DÇ-2022-nin qalibinin heyətə geri dönməsi ilə komandanın gəlirlərinin 20-25 faiz artacağı da gözlənilir. PSJ-nin şərəfini qoruyan 35 yaşlı hücumçunun ispanlardan nə qədər maaş alacağı isə hələlik bəlli deyil.

Qeyd edək ki, 2002-2021-ci illərdə “Barselona”nın şərəfini qorumuş Messi son 2 mövsümdə Fransa klubunda oynayır.

writer photo
Əlirza Əlirzalı
0