Musa Qurbanlı “Qarabağ”a qayıdır
30.05.2024 - 14:57
Musa Qurbanlı “Qarabağ”a qayıdır

Ötən il İsveç klubu “Yurqarden”ə transfer olan Musa Qurbanlı yenidən “Qarabağ”a qayıda bilər.

Apasport.az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi Azərbaycan millisinin üzvünü transfer etmək variantı ilə icarəyə götürmək istəyir. Artıq tərəflər arasında razılaşma əldə olunub.

Qeyd edək ki, ötən ilin yayında “Yurqarden”ə keçən Musa komandanın heyətində möhkəmlənə bilməyib. O, cari mövsümdə 2 oyunda cəmi 32 dəqiqə forma geyinib.

writer photo
Əlirza Əlirzalı
0