24 yaşında tennisə vida
25.08.2023 - 23:41
24 yaşında tennisə vida

İsveçli tennisçi Mikael İmer karyerasını bitirdiyini açıqlayıb.

Apasport.az-ın məlumatına görə, o, bu barədə sosial şəbəkədə paylaşım edib.

24 yaşlı tennisçi paylaşımında bu sözlərə yer verib: “Dostlar, peşəkar karyeramı bitirməyə qərar verdim. Yaşanan xoş anlar üçün hər birinizə təşəkkür edirəm. Keçmiş həmkarlarıma uğurlar arzulayıram”.

Qeyd edək ki, İmer ötən il dopinq qaydalarını pozduğuna görə cəzalandırılıb. O, üç dəfə tələb olunan test mərhələsindən keçməyib. Nəticədə Beynəlxalq İdman Arbitraj Məhkəməsi Mikaeli 18 ay peşəkar yarışlardan uzaqlaşdırmışdı.
 

writer photo
Əlirza Əlirzalı
0