“Barselona” Neveş planından əl çəkdi - SƏBƏB
13.06.2023 - 17:36
“Barselona” Neveş planından əl çəkdi - SƏBƏB

“Barselona” daha bir futbolçunun transferindən imtina edib.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Ruben Neveşi transfer etməyəcək.

La Liqa təmsilçisi Portuqaliya millisi və “Vulverhempton”un yarımmüdafiəçisini heyətinə qatmaq fikrindən daşınıb. Neveş komandadan gedəcəyi gözlənilən Ansu Fatinin yerinə transfer olunmalı idi. 

Lakin ispaniyalı mövsümün sonunda özünü yaxşı tərəfdən göstərib. Fatinin özü də komandadan getmək fikrində deyil.

Qeyd edək ki, Neveş və Fatinin ikisinin də agenti Jorje Mendeşdir.

writer photo
Əlirza Əlirzalı
0