“Barselona” Neveş transferini rəsmiləşdirir
28.05.2023 - 16:06
“Barselona” Neveş transferini rəsmiləşdirir

“Vulverhempton”un yarımmüdafiəçisi Ruben Neveş karyerasıın “Barselona”da davam etdirəcək.

Apasport.az-ın məlumatına görə, qarşıdakı günlərdə portuqaliyalı futbolçu ilə 4 illik müqavilə bağlanacaq.

Transferin dəyəri 30 milyon avro qiymətləndirilir. “Barselona” keçid üçün Ansu Fati variantından istifadə edəcək. Komandada ilə münasibətləri pozulan Fatinin klubu tərk etmə ehtimalı yüksəkdir. Nəticədə kataloniyalılar maliyyə feyr-pleyi üzündən qarşı tərəfə ödəniş etmədən transferi həyata keçirmək istəyir.

Qeyd edək ki, Neveş əvəllər “Portu”da çıxış edib və komandanın ən gənc kapitanı kimi tarixə düşüb.
 

writer photo
Əlirza Əlirzalı
0