“Barselona”nın daha bir müdafiəçisi komandanı tərk etməyi düşünür.
Apasport.az saytının məlumatına görə, karyerasını bitirməyi qərara alan Jerar Pikedən sonra indi də Jordi Alba başqa kluba keçmək fikrindədir.
Buna səbəb baş məşqçi Xavinin ulduz futbolçuya etibar etməməsidir. Alba artıq qış fasiləsində İtaliyaya köçə bilər. Çünki “Napoli” onun transferində maraqlıdır. Neapollular ispaniyalını pulsuz əldə etmək istəyir. Həmçinin Kataloniya klubunun rəhbərliyi də maaş limitini boşaltmaq üçün bunun əleyhinə deyil.
Qeyd edək ki, 33 yaşlı Albanın “Barselona” ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm 33 yaşlı müdafiəçi klubda 10 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.