“Barselona” Qaviyə əvəzləyici tapdı
27.12.2023 - 19:09
“Barselona” Qaviyə əvəzləyici tapdı

“Barselona”nın heyətinə qatacağı Vitor Roke eyniadlı şəhərə gəlib.

Apasport.az xəbər verir ki, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

Transferi öncədən razılaşdırılan 18 yaşlı yarımmüdafiəçinin 2024-cü ilin yayında La Liqa təmsilçisinə qoşulması planlaşdırılırdı. Lakin Qavinin ciddi zədə alması klub rəhbərliyini transferi daha tez reallaşdırmağa vadar edib.

Qeyd edək ki, Rokenin transferi “Atletiko Paranaense”yə 30+31 milyon avro qazandıracaq.

writer photo
Əlirza Əlirzalı
0