“Barselona” Silvadan əl çəkmir
05.11.2022 - 22:01
“Barselona” Silvadan əl çəkmir

“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvadan əl çəkmir.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu yay fasiləsində bu keçidi reallaşdıra bilməsə də, qışda arzusuna çatacağına inanır.

La Liqa təmsilçisi Jerar Pike ilə müqavilənin ləğvindən sonra əldə edilən vəsaiti portuqaliyalının sövdələşməsinə əlavə etməyi planlaşdırır. Pike anlaşmasının sonuna iki il qalmış ayrılaraq kataloniyalıların 50 milyon avro qənaət etməsinə kömək olub.

Qeyd edək ki, 28 yaşlı Silvanın “Mançester Siti” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0