“Barselona” tarixində üçüncü
09.11.2022 - 10:49
“Barselona” tarixində üçüncü

“Barselona” La Liqada tarixinin üçüncü uğurlu startını təkrarlayıb.

Apasport.az saytının məlumatına görə, Xavinin yetirmələri 14 turda 37 xal toplayıb.

Kataloniya təmsilçisi yalnız iki dəfə bu qədər matçda daha çox xal yığıb. 2012/13 və 2013/14 mövsümlərində “Barselona” 14 turda 13 qələbə və 1 heç-heçə ilə 40 xal toplamağa nail olub. Komandanın azarkeşləri 2010/11 mövsümündə isə indiki kimi 37 xala sevinib.

Qeyd edək ki, Barselonanın eyniadlı təmsilçisi XIV turda azlıqda qaldığı oyunda “Osasuna” üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0