“Barselona”da İTKİ
17.04.2023 - 18:56
“Barselona”nın futbolçusu Serci Robertonun durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, 31 yaşlı müdafiəçi bir aydan artıq müddətə sıradan çıxıb.
O, “Xetafe” ilə qarşılaşmada zədələnib. Bu üzdən Roberto artıq 17-ci dəqiqədə əvəzlənib.
Futbolçu təxminən 5 həftə komandasına kömək edə bilməyəcək. O, cari mövsüm La Liqanın 20 görüşündə 4 qol və 1 assistə imza atıb.
Qeyd edək ki, “Barselona” bu qarşılaşmada qolsuz heç-heçə ilə kifayətlənib.
0
0