“Barselona”da qalmaq üçün de Yonqa şərt
27.07.2022 - 15:25
“Barselona”da qalmaq üçün de Yonqa şərt

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq komandada qala bilər.

Apasport.az saytının məlumatına görə, bunun üçün Niderland millisinin üzvü rəhbərliyin şərtlərinə qane olmalıdır.

Ulduz futbolçunun 2019-cu ildə imzaladığı müqavilənin şərtlərinə əsasən, onun maaşı bu yay ikiqat artmalıdır. Ancaq kataloniyalılar bu pulu ödəmək iqtidarında deyil. Bu üzdən 25 yaşlı oyunçunun komandada qalmaq üçün məvacibinin 50 faiz endirilməsinə razı olması istisna edilmir.

Qeyd edək ki, Frenki de Yonq uzun müddətdir “Mançester Yunayted”in transfer gündəmində olsa da, ora keçməkdən imtina edib.

writer photo
Əlirza Əlirzalı
0