“Barselona”dan 100 milyonluq satış
01.08.2022 - 17:52
“Barselona” maliyyə durumunu yaxşılaşdırmaq üçün növbəti addımı atıb.
Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubunun prezidenti Joan Lapota açıqlayıb.
O bildirib ki, “Barça Studios”un 25 faizinin satılması barədə razılıq əldə olunub. Bu, klubun büdcəsinə 100 milyon avro gətirəcək.
Firmanın 49 faizinin satılmasına icazə verilib. Lakin klub rəhbərliyi yalnız 25 faizi “Socios.com”a satmaqla kifayətlənib.
Qeyd edək ki, bunadək “Barselona” teleyayım hüququnun 25 faizini “Sixth Street” fonduna satıb.
0
0