“Barselona”dan 1,45 milyard avroluq razılıq
25.04.2023 - 10:45
“Barselona”dan 1,45 milyard avroluq razılıq

“Barselona” stadionun təmiri layihəsini maliyyələşdirmək üçün investorlarla danışıqları yekunlaşdırıb. 

Apasport.az saytı xəbər verir ki, İspaniya klubu “Nou Kamp” stadionunun yenidən qurulmasına sərf ediləcək 1,45 milyard avro üçün razılaşma əldə edib. 

Vəsaitlər dünyanın hər yerindən nüfuzlu maliyyə institutları da daxil olmaqla, 20 investordan gələcək. Kataloniya təmsilçisi borcunu 5-24 il ərzində ödəyəcək. Onlar bunu stadionunda işləri başa vurduqdan sonra obyektdən əldə edilən və təxminən 247 milyon avro olacağı proqnozlaşdırılan gəlirdən verməyə başlayacaqlar. 

Qeyd edək ki, layihə çərçivəsində arenanın təmiri ilə yanaşı, ona bitişik ərazilərin də müasirləşdirilməsi və yeni obyektlərin tikilməsi nəzərdə tutulur.

writer photo
Əlirza Əlirzalı
0