"Barselona"dan antirekordlar
28.01.2024 - 13:59
"Barselona"dan antirekordlar

"Barselona" antirekordlarını yeniləməyə davam edir.

Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisi 1963-cü ildən sonra ilk dəfə La Liqada öz meydanında 5 qol buraxıb

Dünən axşam “Vilyarreal”ı qəbul edən Xavinin komandası meydandan 3:5 məğlub ayrılıb. Bununla da, qonaq komanda La Liqa tarixində "Barselona" ilə səfər matçında 5 qol vuran 5-ci komanda olub. 

Xatırladaq ki,  sonuncu dəfə 1963-cü ilin yanvarında Madrid “Real”ı “Barselona”nın qapısından bir matçda 5 qol keçirməyi bacarıb.

writer photo
Əlirza Əlirzalı
0