“Barselona”dan gedəcək
10.05.2023 - 11:27
“Barselona”dan gedəcək

“Barselona”nı yayda tərk edəcək ilk futbolçu bəlli olub.

Apasport.az saytı xəbər verir ki, yarımmüdafiəçi Serxio Buskets mövsümün sonunda İspaniya təmsilçisi ilə yollarını ayıracaq.

34 yaşlı futbolçu komandanı azad agent kimi tərk edir. 2007-ci ildə Kataloniya təmsilçisinə transfer edilən ispaniyalı futbolçu komandanın aşağı yaş qruplarından başlayaraq kapitanlığa qədər yüksəlib.
 
“Barselona” ilə saysız-hesabsız titullar qazanan Serxio bu mövsüm 39 matçda 4 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0