“Əl-Hilal”ın hədəfi - Mitroviç
15.07.2023 - 01:17
“Əl-Hilal”ın hədəfi -  Mitroviç

“Əl-Hilal” Aleksandr Mitroviçin transferini həll etməyə yaxındır.

Apasport.az saytı xəbər verir ki, “Fulhem” bu keçid üçün 50 milyon tələb edir.

Amma Səudiyyə Ərəbistanı klubunun ilkin təklifi 30 milyon avro olub. Tərəflər qarşıdakı günlərdə növbəti görüşü keçirəcəklər. “Əl-Hilal” serbiyalı hüçumçunun özünə illik 25 milyon maaş və üç illik müqavilə təklif edib. Klub Kalidu Kulibali, Ruben Neves, Sergey Milinkoviç-Saviç kimi futbolçuları heyətinə qatıb. 

Qeyd edək ki, Mitroviç ötən mövsümdə 28 matçda 15 qolla yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0