"Milan"ın kapitanı gəmini tərk edə bilər
27.09.2023 - 11:21
"Milan"ın kapitanı gəmini tərk edə bilər

"Milan"ın müdafiəçisi Davide Kalabria top-klubların diqqətini cəlb etməkdə davam edir.

Apasport.az saytı xəbər verir ki, 26 yaşlı italyana indi də “Mançester Yunayted” və “Real” elçi düşüb.

Arxa xətt oyunçusu ilə bağlı skautlardan müsbət rəy alan hər iki komanda Kalabriya uğrunda “savaşmağa” hazırdır. Kapitan yeni mövsümdə 5 matçda meydana çıxaraq, 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Milan” akademiyasının məzunu olan Davide 2015-ci ildən əsas komandayla oyunlara çıxır. Onun “rossioneri” ilə müqaviləsi 2025-ci ilin yayında bitir.

writer photo
Əlirza Əlirzalı
0