“Barselona”nın 174 milyonluq planı - Holand
14.09.2023 - 13:46
“Barselona”nın 174 milyonluq planı - Holand

“Barselona”nın Erlinq Holandla bağlı planları bəlli olub.

Apasport.az saytı xəbər verir ki, ispanlar "Mançester Siti"nin hücumçusunun transferi üçün hərəkətə keçiblər.

Kataloniya klubu 23 yaşlı norveçlini 2025-ci ildə heyətə cəlb etmək istəyir. Onlar futbolçunu həmin vaxt 174 milyon avroya almaq niyyətindədir.

Qeyd edək ki, bu mövsüm 6 matça çıxan Holand 6 dəfə fərqlənib. O, "Mançester Siti"nin heyətində 36 qol vurduqdan sonra 2022/23 mövsümündə "Qızıl buts"u qazanıb.

writer photo
Əlirza Əlirzalı
0