Bu gün qadın voleybolçuların Azərbaycan çempionatında 3-cü yer uğrunda oyun keçirilib.
Apasport.az xəbər verir ki, Yüksək Liqada yarımfinalın uğursuzları bürünc medallar üçün mübarizə aparıblar.
“Murov Az Terminal” “Gəncə"yə 3:0 hesabı ilə qalib gəlib. Gəncə voleybolçuları yalnız 1-ci setdə rəqibə ciddi müqavimət göstərə biliblər. Növbəti iki setdə asan qələbə qazanan “Murov Az Terminal” bürünc medala sahib çıxıb.
Qeyd edək ki, aprelin 23-də təşkil olunacaq finalda “Azərreyl”lə “Abşeron” görüşəcək.
Yüksək Liqa, qadınlar
3-cü yer uğrunda oyun
20 aprel
18:00. “Gəncə” - “Murov Az Terminal” - 0:3 (24:26, 18:25, 16:25)
GİN-nin Voleybol Mərkəzi