"Barselona"nın hücumçusu Ronaldonun komandasına keçə bilər
14.03.2024 - 16:21
"Barselona"nın hücumçusu Ronaldonun komandasına keçə bilər

"Barselona"nın kataloniyalı hücumçusu Joao Feliks bu mövsümün sonunda Avropanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb.

Bildirilib ki, portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanı çempionatında işləmək variantları var.

Mənbənin əldə etdiyi məlumata görə, 3 klub forvardı sıralarına cəlb etməyə hazırdır. Söhbət “Əl-Nəsr”, “əl-Hilal” və “əl-İttihad”dan gedir.

Xatırladaq ki, 24 yaşlı futbolçu icarə əsasında "Barselona"da çıxış edir. Portuqaliyalının tam müqaviləsi "Atletiko Madrid"ə məxsusdur. Joao bu mövsüm La Liqada 21 oyun keçirib. Hücumçu 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0