“Barselona”nın istədiyi 19 yaşlı müdafiəçi
08.11.2022 - 12:51
“Barselona”nın istədiyi 19 yaşlı müdafiəçi

“Jirona”nın müdafiəçisi Arnau Martines La Liqada klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, 19 yaşlı futbolçu “Barselona”nın transfer gündəmindədir.

Kataloniya klubu müdafiənin sağ cinahındakı boşluğu gənc futbolçu ilə doldurmaqda maraqlıdır. “Barsa” rəhbərliyi Martines sayəsində uzun illər sağ cinahda problem yaşamayacağına ümid edir.

Qeyd edək ki, Arnau Martines bu mövsüm “Jirona”nın heyətində 10 oyunda 2 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0