“Barselona”nın Kante sevdası
11.10.2022 - 13:24
“Barselona”nın Kante sevdası

“Çelsi”nin futbolçusu Nqolo Kante “Barselona”nın maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi fransalı dayaq yarımmüdafiəçisini qışda heyətinə qatmağı planlaşdırır.

İngiltərəlilər Kante ilə müqaviləni uzatmaq barədə razılıq əldə edə bilməyib. 2023-cü ilin yayında anlaşması bitəcək fransalı azad agent statusu ala bilər. Bu üzdən də Premyer Liqa klubu onu satmağın əleyhinə deyil.

Qeyd edək ki, 2015-ci ildən London klubunda forma geyinən Nqolo “zadəganlar”ın heyətində 7-ci mövsümünü keçirir.

writer photo
Əlirza Əlirzalı
0