Dünya çempionatında bu da oldu
26.11.2022 - 19:42
Dünya çempionatında bu da oldu

Avstraliya millisinin üzvü Mitçell Dyuk DÇ-2022-nin tarixinə düşüb.

Apasport.az saytı xəbər verir ki, 31 yaşlı hücumçu Qətərdə keçirilən mundialda qol vuran ilk aşağı divizion klubu futbolçusu olub.

Yaponiya J2 Liqası təmsilçisi "Facano Okayama"da çıxış edən forvard qrup mərhələsinin II turunda Tunis yığmasının qapısına yol tapıb.

Qeyd edək ki, Mitçell Dyukun vurduğu yeganə qol Avstraliya seçməsinə qələbə qazandırıb.

writer photo
Əlirza Əlirzalı
0