Azərbaycan millisinin bombardirləri siyahısında dəyişikliklər olub.
Apasport.az saytının məlumatına görə, buna səbəb Belarusla Millətlər Liqasının oyunudur.
2:0 hesabı ilə qalib gələn yığmamızda Mahir Emreli və Ramil Şeydayev fərqlənib. Hər iki hücumçu komandanın ən yaxşı bombardirləri siyahısındadır.
Ramil millidə 8-ci qoluna imza atıb. O, bu rəqəmə 48-ci matçında çatıb.
Rusiya futbolunun yetirməsi olan soydaşımız bu göstəricidə 3-cü sıraya şərik olub. O, Emin Mahmudovla Dmitri Nazarova çatıb.
Ramili, həmçinin eyni sayda qol vuran digər iki oyunçunu ikinci sıradakı Vaqif Cavadovdan bir qol ayırır. Mövqeyini itirmək təhlükəsi ilə üz-üzə qalan sabiq hücumçudan fərqli Qurban Qurbanovun liderliyi üçün hələ arxayın ola bilər. O, karyerasını davam etdirənlər arasında ən yaxşı olan Ramil, Emin, Dmitri “üçlüy”ündən 6 top öndədir.
36-cı dəfə milli forma geyinən Mahir isə yubiley qoluna sevinib. O, yığmada 5-ci dəfə rəqib qapısına yol tapıb.
Mahir millidə 5 və daha çox qol vuran 17-ci oyunçudur. O, eyni sayda fərqlənən digər 7 futbolçu ilə yanaşı 10-cu yerə şərikdir.
1. Qurban Qurbanov - 14
2. Vaqif Cavadov - 9
3-5. Emin Mahmudov - 8
Dmitri Nazarov - 8
Ramil Şeydayev - 8
6-8. Branimir Subaşiç - 7
Elvin Məmmədov - 7
Rauf Əliyev - 7
9. Zaur Tağızadə - 6
10-17. Əfran İsmayılov - 5
Fərrux İsmayilov - 5
Nazim Süleymanov - 5
Rəşad Sadıqov - 5
Rüfət Dadaşov - 5
Vidadi Rzayev - 5
Vyaçeslav Lıçkin - 5
Mahir Emreli - 5