"Çelsi" 27 milyon avroya futbolçu alacaq
29.03.2024 - 14:33
"Çelsi" 27 milyon avroya futbolçu alacaq

“Atlanta Yunayted"də çıxış edən argentinalı yarımmüdafiəçi Tiaqo Almada karyerasını İngiltərə Premyer Liqasının top klubunda davam etdirə bilər. 

Apasport.az “Tribal Football”a istinadən xəbər verir ki, Londonun “Çelsi” klubu futbolçu ilə maraqlanır.

"Transfermarkt" portalı oyunçunun dəyərini 27 milyon avro olaraq qiymətləndirir.

Daha əvvəl yarımmüdafiəçi ilə "Atletiko Madrid"in də maraqlandığı bildirilirdi. 

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçinin "Atlanta" ilə müqaviləsi 2026-cı ilin dekabr ayının sonuna kimidir.

writer photo
Əlirza Əlirzalı
0