Klyuvertə Premyer Liqadan maraq
11.07.2022 - 23:39
Klyuvertə Premyer Liqadan maraq

“Roma”nın hücumçusu Castin Klyuvert İngiltərəyə köçə bilər.

Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvü “Vest Hem”in maraq dairəsindədir.

Premyer Liqa təmsilçisi “Vilyarreal”ın forvardı Arno Danyuma ilə bağlı uğursuz danışıqdan sonra ön xətti Klyuvertlə gücləndirmək fikrinə düşüb. Hazırda klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Castin Klyuvert “Roma”ya 2018-ci ildə “Ayaks”dan keçib. 23 yaşlı forvard ötən mövsümü icarə əsasında “Nitsa”da keçirib.

writer photo
Əlirza Əlirzalı
0