“Barselona” Silvadan əl çəkmir
12.07.2023 - 22:45
“Barselona” Silvadan əl çəkmir

Bernardu Silva transfer təkliflərini nəzərdən keçirir.

Apasport.az saytı xəbər verir ki, “Barselona” portuqaliyalı yarımmüdafiəçini heyətə cəlb etməkdə maraqlıdır.

Səudiyyə Ərəbistanından da təklif alan Silva karyerasını Kataloniyada davam etdirə bilər. Baş məşqçi Xavi 28 yaşlı futbolçunun transferi ilə bağlı rəhbərliyə müraciət edib. “Mançester Siti” ilə böyük uğurlara imza atan Bernardu ilə bağlı danışıqlar aparılır.

Qeyd edək ki, Silva Mançester klubunda 6 mövsüm keçirib.

writer photo
Əlirza Əlirzalı
0