Fransa yığmasının üzvü rəsmən “İnter”də
31.08.2023 - 01:49
“İnter” Benjamin Pavarın keçidini rəsmiləşdirib.
Apasport.az saytı xəbər verir ki, bu transfer Milan klubuna 30 milyon avroya başa gəlib.
Müqavilənin şərtlərinə görə, “Bavariya” əlavə 2 milyon bonus əldə edəcək. Fransalı müdafiəçi Münhen klubuna komandanı tərk etmək istədiyini açıq şəkildə bildirmişdi. Ötən həftə məşqə çıxmaqdan imtina edən Benjamin sonda istəyinə nail olub.
Qeyd edək ki, Pavar ötən mövsüm Almaniya Bundesliqasında 30 oyunda meydana çıxıb.
0
0