Zidandan vida, Pele “Kosmos”da, Messi və Ronaldo... - 35
23.10.2022 - 11:36
Zidandan vida, Pele “Kosmos”da, Messi və Ronaldo... - 35

“Real”ın hücumçusu Kərim Benzemanın 35 yaşında “Qızıl top” qazanması xarici mətbuatın diqqətini çəkib.

Apasport.az saytının məlumatına görə, fransalı forvard karyerasının qürub çağlarında dünyanın ən yaxşısı olduğu halda bir çox məşhur simalar 35 yaşda 2-3-cü dərəcəli oyunçuya çevrilir.

Bəziləri isə hətta karyerasını o vaxta qədər davam etdirmir. Görək bəzi dünya ulduzları 35 yaşlarında nə işlə məşğul olublar...

- Zinəddin Zidan karyerasını bitirib;
- Ronaldo karyerasını bitirib;
- Kaka karyerasını bitirib;
- Ronaldinyo klubsuz qalıb;
- Xavi “Əl-Sədd”də çıxış edib;
- Tyerri Anri “Nyu-York Red Bulls”da çıxış edib;
- Pele “Kosmos”da çıxış edib;
- Kriştiano Ronaldo “Yuventus”la İtaliya çempionu olub;
- Lionel Messi PSJ ilə Fransa çempionu olub.

writer photo
Əlirza Əlirzalı
0