“Beşiktaş”da müqavilə
15.12.2023 - 19:51
“Beşiktaş”da müqavilə

“Beşiktaş” daha bir futbolçusu ilə müqavilənin müddətini artırır.

Apasport.az xəbər verir ki, komandanın təcrübəli futbolçularından Necip Uysal “ağ-qaralar”ın təklifini müsbət cavablandırıb. 

32 yaşlı yarımmüdafiəçinin 2025-ci ilin yayında bitəcək razılaşması ən az bi illik artırılacaq. Klubdan verilən açıqlamada tərəflər arasında şifahi razılığın əldə olunduğu və qarşıdakı günlərdə rəsmi müqavilə imzalanacağı bildirilir.

Qeyd edək ki, 2004-cü ildən “Beşiktaş”da oynayan Uysal bu mövsüm 19 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0