Millətlər Liqasında 7 oyun: Diqqət qonşuların duelinə
03.06.2022 - 09:24
Millətlər Liqasında 7 oyun: Diqqət qonşuların duelinə

Bu gün Millətlər Liqasında daha 7 oyun keçiriləcək.

Apasport.az saytının məlumatına görə, günün ən vacib qarşılaşmaları A liqasında təşkil olunacaq.

Ən güclülərin yer aldığı dəstədə 3 matç baş tutacaq. Son dünya çempionu və Millətlər Liqasının ötən mövsümünün qalibi Fransa öz meydanında Danimarkanı sınağa çəkəcək. Bu qrupda Xorvatiya Avstriyanı qəbul edəcək.

Günün ən maraqlı qarşılaşmasında qonşular üz-üzə gələcək. Belçika evdə Niderlandla görüşəcək.

A liqası
1-ci qrup
⚽  22:45. Xorvatiya - Avstriya
⚽  22:45. Fransa - Danimarka
A liqası
4-cü qrup
⚽  22:45. Belçika - Niderland
C liqası
3-cü qrup
⚽  18:00. Qazaxıstan – Azərbaycan
⚽  22:45. Belarus - Slovakiya
D liqası
1-ci qrup
⚽  20:00. Latviya - Andorra
⚽  22:45. Lixtenşteyn - Moldova
 

writer photo
Əlirza Əlirzalı
0