Vitse-çempion qolsuz sülhlə başladı - YENİLƏNİB
23.11.2022 - 15:55
Vitse-çempion qolsuz sülhlə başladı - YENİLƏNİB

Qətərdə keçirilən DÇ-2022 davam edir.

Apasport.az saytının məlumatına görə, mundialın dördüncü gününə start verilib.

Günün ilk matçı F qrupunda baş tutub. Son dünya çempionatının finalçısı Xorvatiya Mərakeşlə qarşılaşıb.

Zlatko Daliçin yetirmələri görüşün favoriti sayılsa da, afrikalıların müqavimətini qıra bilməyib. Beləliklə, vitse-çempion mundiala xal itkisi ilə start verib. Bununla da Qətər-2022-də üçüncü qolsuz heç-heçə qeydə alınıb.

Qeyd edək ki, F qrupunda turun digər görüşündə Belçika və Kanada qarşılaşacaq. Rusiya-2018-in bürünc mükafatçısının şimali amerikalılarla dueli Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

DÇ-2022, qrup mərhələsi
23 noyabr, I tur
F qrupu
14:00. Mərakeş – Xorvatiya - 0:0

 

writer photo
Əlirza Əlirzalı
0