"Yanq Boyz" - "Qalatasaray" matçının baş hakimi bəlli olub
19.08.2024 - 12:53
"Yanq Boyz" - "Qalatasaray" matçının baş hakimi bəlli olub

Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında "Qalatasaray"ın səfərdə "Yanq Boyz"la qarşılaşacağı matçın hakimləri bəlli olub. 

Apasport.az xəbər verir ki, matçı almaniyalı hakim Daniel Siebert idarə edəcək. 

Siebertin köməkçiləri Yan Zaydel və Rafael Foltin, 4-cü hakim isə Daniel Şlager olacaq. 

Matçın VAR hakimi funksiyasını Kristian Dingert yerinə yetirəcək. 

Qeyd edək ki, 21 avqustda keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 23:00-da baş tutacaq. 

writer photo
Əlirza Əlirzalı
0