Patrik Andrade yenidən “Qarabağ”da?
04.01.2023 - 13:35
Patrik Andrade yenidən “Qarabağ”da?

"Qarabağ" sabiq futbolçusu Patrik Andradeni geri qaytara bilər. 

Apasport.az saytının əldə etdiyi məlumata görə, “Partizan”da çıxış edən kabo-verdelinin icarə əsasında Ağdam təmsilçisində oynaması gözlənilir. 

Ötən ilin yayında Belqrad klubuna transfer olunan Andrade özü də Azərbaycana - "Qarabağ"a qayıtmaq istəyindədir. Bunun baş tutub və ya tutmayacağı yaxın vaxtlarda bəlli olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0