DÇ-2022-də yenilik: Ofsayd üçün texnologiya
14.06.2022 - 10:17
Qətərdə keçiriləcək DÇ-2022-də yenilik tətbiq oluna bilər.
Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) açıqlayıb.
Qurum oyundankənar vəziyyəti müəyyənləşdirən yarımavtomat VAR texnologiyasının istifadəsini nəzərdən keçirir. Ofsayd zamanı VAR hakimlərinin qərar verməsi 3-4 dəqiqəyədək vaxt aparır. Süni intellektli yarımavtomat isə bunu 3-4 saniyəyə müəyyənləşdirəcək.
Qeyd edək ki, qolların qeydə alınması üçün tətbiq olunan texnologiyaların özünü doğrultması bu yeniliyin də uğur qazanması ehtimalını artırır.
0
0