Türkiyə Superliqasının növbəti turuna start verilib.
Apasport.az saytı xəbər verir ki, millimizin üzvü Mahir Əmrəlinin formasını geyindiyi "Konyaspor" səfərdə qələbə qazanıb.
Mahirin 64 dəqiqə meydanda olduğu görüş qonaq komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Son 4 oyunda üç dəfə qalib gələn “Konyaspor” xallarının sayını 49-a yüksəldib.
Lider “Qalatasaray” növbəti 3 xalı qazanıb. “İstanbulspor”un qonağı olan “aslanlar” İkardinin dublu sayəsində çempionluğa bir addım da yaxınlaşıblar. Komanda “Fənərbaxça” ilə aradakı xal fərqini 8-ə yüksəldib.
34-cü tur
“Sivasspor” – “Kasımpaşa” – 1:2
“Alanyaspor” – “Konyaspor” – 0:3
“İstanbulspor” – “Qalatasaray” – 0:2