"Fənərbaxça"da daha bir ayrılıq
24.08.2024 - 00:10
"Fənərbaxça"da daha bir ayrılıq

Transfer çalışmalarını davam etdirən "Fənərbaxça"da daha bir ayrılıq reallaşıb.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Omar Fayedin icarəsi ilə bağlı Belçikanın "Birşot" klubu ilə razılığa gəlib.

Misirli futbolçu Belçikada yaşamaq üçün viza müraciətini də edib. 

Qeyd edək ki, Fayed ötən mövsümü icarə əsasında Serbiyanın "Novi Pazar" klubunda keçirib.

writer photo
Əlirza Əlirzalı
0