Qəbələdə darmadağın - YENİLƏNİB
25.11.2023 - 17:52
Qəbələdə darmadağın - YENİLƏNİB

Bu gün Premyer Liqada 2-ci oyun günü idi. Günün son matçında Ayxan Abbasovun tələbələri Qəbələ səfərinə yollanıb.

Apasport.az xəbər verir ki, turun əyalətdə tək qarşılaşması Qəbələdə keçirilib. 

"Qəbələ" "Turan Tovuz"u qonaq edib. Lakin Elmar Baxşıyevin yetirmələri Tovuz təmsilçisinə xoş qonaqpərvərlik nümayiş etdirməyib.
Belə ki, ev sahibi komanda görüşdən 4:0 qalib ayrılıb. "Qəbələ"nin heyətində Bilal Auşeriya het-triklə yadda qalıb.

Qeyd edək ki, komandaların ilk dövrədəki oyunu 2:2-lik sülhlə nəticələnmişdi. 

 

25 noyabr (şənbə)

16:00. “Qəbələ” – “Turan Tovuz” 4-0 

Qol: B. Auşeriya, 42, 49, 85,  S. Tete, 53
Hakimlər
: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Qəbələ. Şəhər stadionu

"Qəbələ”: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 10. Omar Hani, 8. Gilad Abramov
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 72. Osama Xalayla, 17. Yaovi Akakpo
Baş məşqçi: Elmar Baxşıyev

"Turan Tovuz": 13. Aydın Bayramov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov (k), 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 97. Sadiq Şəfiyev, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov, 79. Martin Petkov
Baş məşqçi: Ayxan Abbasov

writer photo
Əlirza Əlirzalı
0