"Hetafe"nin hücumçusu Enes Ünal La Liqada yeni rekord vurub.
Apasport.az saytı xəbər verir ki, o, XXV turun “Kadis”lə oyununda (2:2) buna nail olub.
Türkiyə millisinin 25 yaşlı futbolçusu çempionatda vurulan ən gec qolun müəllifi kimi tarixə düşüb. O, matça əlavə edilmiş 16-cı artırılma dəqiqəsində (105:14) penaltidən fərqlənib. Ünal bununla da həm La Liqada XXI əsrin ən gec vurulan qolunun müəllifi olub, həm də Lionel Messi rekordunu qırıb.
Qeyd edək ki, argentinalı futbolçu 2008-ci ilin sentyabrında "Barselona"nın heyətində "Espanyol"a qarşı penaltidən 103-cü (102:52) dəqiqədə fərqlənmişdi.