PSJ-nin baş tutmayan sevdası
05.09.2022 - 19:28
PSJ-nin baş tutmayan sevdası

Yay transfer pəncərəsində reallaşmayan daha bir keçid bəlli olub.

Apasport.az saytının məlumatına görə, PSJ “Mançester Yunayted”in futbolçusu Markus Reşfordu heyətinə qatmaq istəyib.

Fransalılar hücumçunun xidmətində maraqlı olsa da, rəsmi təklif göndərməyib. Nəticədə 24 yaşlı forvard yetirməsi olduğu klubda qalıb.

Qeyd edək ki, Markus cari mövsümün 6 matçında 3 qola imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0